TURSENG ANİMAL RİGHTS ASSOCİATİON


Hayvan haklarına yönelik çalışmalara destek vermek isteyenler için: 
Turseng Derneğinin PAYPAL BAĞIŞ HESABI: turseng@gmail.com
Bu hesaba bağış yaparak Azerbaycan`da hayvan haklarına yönelik çalışmalarımıza destek olabilir, katkı sağlayabilirsiniz. Sitede sağ sütunda yer almakta olan DONATE butonuna tıklayarak derneğe ait paypal bağış sayfasına gidebilir, bağış işlemini oradan gerçekleştirebilirsiniz.


bilindiği üzere birkaç ay önce azerbaycan / bakü`ye yerleştim, mesleki ve sosyal sorumluluk çalışmalarıma burada devam etmekteyim. 
azerbaycan daha önce de defalarca belirttiğim üzere hayvan hakları ihlallerinin en sık ve en yoğun yaşandığı ülkelerden birisi olup, bu yönüyle hayvan hakları savunucusu hukukçu olan şahsımı her daim dehşete düşürmüştür, düşürmeye devam etmektedir. 
http://www.turseng.com/search?q=azerbaycan+ - bu ülkedeki hayvan hakları ihlallerine yönelik detaylara bu linkten ulaşmak mümkün.
hayvan haklarına daha fazla fayda sağlamak, hayvanlara daha faza yardım edebilmek amacıylaTURSENG HAYVAN HAKLARI DERNEĞİ`ni kurmuş oldum.
Hayvan haklarına yönelik her türlü çalışmayı artık bu dernek adı altında yapmaktayım. 
Azerbaycan`da idare tarafından sokak hayvanlarına yönelik gerçekleştirilen herhangi bir olumlu çalışma bulunmadığı için, ilk aşamada ağırlıklı olarak sokak hayvanlarının kısırlaştırılması ve beslenmesine yönelmiş bulunmaktayım. Hayvan haklarına ilişkin diğer çalışmalar sonraki aşamalarda devam edecek inşallah.
                                                           











TURSENG HEYVAN HÜQUQLARI İCTİMAİ BİRLİYİNİN NİZAMNAMƏSİ

BAKI – 2016

1.     ÜMUMİ MÜDDƏALAR
1.1. “TURSENG HEYVAN HÜQUQLARI” İctimai Birliyi (bundan sonra, Birlik adlandırılacaq) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan, əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən,  əldə edilən gəlirdən öz məqsədi olan heyvan hüquqları üçün istifadə edən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir. 
1.2. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu, qüvvədə olan digər qanunvericilik aktları və bu nizamnamə əsasında  həyata keçirir. 
1.3. Birlik Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu qazanır.
1.4. Birliyin tam adı:
               Azərbaycan dilində:  “TURSENG HEYVAN HÜQUQLARI”  İctimai Birliyi
              İngilis dilində:          “ TURSENG ANİMAL RİGHTS” Public Union
             Türk dilində: “TURSENG HAYVAN HAKLARI” Derneği
1.5. Birliyin təşkilati-hüquqi forması: ictimai birlik
1.6. Birliyin hüquqi ünvanı: ______________________________________
1.7. Birliyin Mərkəzi: Bakıdadır. Ümumi yığıncaq qərarı ilə ölkə daxilində və xaricində filiallar və / və ya nümayəndəliklər açıla bilər.  
 2 – Birliyin Məqsədi:
Birlik, üzrlü heyvanları, sahibsiz olaraq yaşayan, küçə pişik və itləri kimi bütün küçə heyvanlarını qorumaq, həyat haqqlarını müdafiə etmək, axtalat, vaksinlet, yaşat prinsipi gərəyi, bütün ölkə səviyyəsində küçə heyvanlarının axtalandırılmasını, vaksinlenmesini və sahiplendirilmesini təmin etmək, sahiplendirilemeyen heyvanların barınması üçün bir sığınacaq qurmaq , sahiblərinin olmasına baxmayaraq pis rəftar görən heyvanların azad və sağlam bir mühitdə barındırılmasını təmin etmək, tərk edilən heyvanların sahiplendirilmesini və barınmasını təmin etmək, xüsusilə dovşan, quş, hamster, iguana, guinea pig, tısbağa kimi kiçik və ekzotik heyvanların tərk edilməsi və ya sahibləri tərəfindən pis rəftar edilməsi halında, bu hadisələri təsbit edib heyvanları qurtarmaq, barınmasını və etibarlı şəkildə sahiplenilmelerini təmin etmək, heyvan ticarətinin sona çatdırılması üçün mübarizə etmək, heyvan hüquqlarının tam olaraq təmin edilməsini və inkişaf etdirilməsini təmin etmək, veganizmi yaymaq, təbliğ etmək, veganizmə istiqamətli işlər etmək, heyvan təcrübələrinin sona çatdırılması, heyvan təcrübələrində test tetbiq edilen heyvanların xilas edilməsi, müalicə və rehabilitəsi və barındırılması, kürk, ət, təcrübə, sirk, ov vs. hər cür heyvan hüquqları pozuntularına qarşı mübarizə edilməsi və bütün heyvan haqqları pozuntularının sonra çatdırılması, Azərbaycanda heyvan hüquqlarının yaradılması və inkişaf etdirilməsi məqsədi ilə yaradılmışdır.
Heyvan hüquqlarına istiqamətli şüurlandırma / məlumatlandırma etmək, heyvan hüquqları pozuntularına qarşı hər cür hüquqi yola müraciət və heyvan hüquqları pozuntularıyla əlaqədar işlər edən milli və beynəlxalq gerçək veye hüquqi şəxs, təşkilat və quruluşlara dəstək verir və bunlarla əməkdaşlıq edər. Hüquq pozuntularını təsbit və müeyyen edib bunların həlli mövzusunda hər cür inzibati və hüquqi fəaliyyətləri yerine yetirmek məqsədiylə qurulmuşdur.
3 – Fəaliyyət Predmetlər və Fəaliyyət Formaları
3.1. Təbiətdəki bütün heyvanların təbii hüququndan istifadə edə bilmesi üçün növlərinin tələb etdiyi həyat vasitələri yaratmaq, bu mühitlərin qorunmasını təmin etmək,
3.2. Heyvanların qorunması üçün ictimai qurum və təşkilatları və qeyri-hökumət təşkilatları ilə koordinasiya təmin etmək, hər cür qoruyucu tədbir cəhdində olmaq,
3.3. Həyatını və evlərini heyvanlarla paylaşan insanları milli və beynəlxalq səviyyədə qəbul edilmiş heyvan qoruma qanunvericiliklərinin haqqında məlumatlandırmaq, lazım olduğunda hüquqi mənada istiqamətləndirmək, heyvan psixologiyası, davranışları, sağlamlığı və baxımı haqqında məlumatlandırıcı işlər etmək, bu fəaliyyətlər üçün mütəxəssislərdən rey almaq, bənzəri təşkilatlarla əməkdaşlıq etmək,
3.4. Başda üzrlü heyvanlar olmaq üzrə evcil heyvanlarla həyat və ev paylaşma mövzularında ölkede ictimaiyyət şüurunun meydana gəlməsinə iştirak etmək,
3.5. Heyvanlara, növlərinin tələb etdiyi tibbi qayğını təmin etmək, ilkyardım xidmətləri, xüsusi nəqliyyat xidmətləri; heyvan qəbiristanlıqları qurmaq,
3.6. Hər cür ətraf mühit və heyvan qırğınını qarşısını almaq, bu mövzuda hər cür cəhddə olmaq,
3.7. Heyvanlara əziyyət edilməsini önləmək üzrə tədbirləri almaq və öyrədici fəaliyyətlərdə olmaq,
3.8. Heyvanat bağçaları, heyvanlı şirk, poliqonlar, yunus parkları, quduz müşahidə mərkəzləri kimi heyvanların əsarət altında tutulduğu yerlərin veziyyetinin yaxşılaşdırılması və nəticədə merheləli olaraq bağlanılması üçün çalışmaq,
3.9. Heyvanların qanunlarla və digər hüquqi üsullarla qorunmalarını təmin edici işlər etmək, bu mövzudakı qanunvericilik işlərinə iştirak etmək, heyvan hüquqlarını tam olaraq, etraflı veziyyetde müdafie eden qanunvericlik aktlarının tenzim edilmesi üçün fealiyyet göstermek,
3.10. Yurd səviyyəsindəki müxtəlif yerlərdə baxıma möhtac heyvanlara sığınacaqlarda, evində və ya küçələrdə könüllü olaraq baxa özləri də köməyə möhtac kəsləri təşviq etmək məqsədi ilə hər cür emlak və nağd yardımlar etmək, heyvanların halhazırda olduğu kimi bazarlarda ve yol kenarlarında ve de diger yerlerde satılmasının qarşısını almaq, toyuq, xoruz, ördek, qaz, dovşan, balıq vs. kimi heyvan ve quşların hem heyvan hüquqlarına, hem de ictimai sehiyyeye zidd olaraq ümumi yerlerde satılmasının qarşısını almaq üçün fealiyyet göstermek,
3.11. Birlik fəaliyyətlərinin aktivləşdirilmesi və inkişaf etdirilməsi məqsədi ilə kurs, seminar, simpozium, konfrans və panel kimi təhsil işləri etmək, birlik məqsədinin istiqamətində hər cür araşdırmanı etmək,
3.12. üzvləri arasındakı əlaqənin davam etdirilməsi və inkişaf etdirilməsi üçün yeməkli yığıncaqlar, konsert, balo, teatr, sərgi, idman, gəzinti və əyləncəli tədbirlər və s. təşkil etmək,
3.13. Birlik məqsədlərini reallaşdırmaq üçün hər cür qiymətli kağızlar - daşınmaz əmlak, qurğular satın almaq,
3.14. Məqsədin reallaşdırılması üçün sağlam bir iş mühitini təmin etmək məqsədiylə hər cür texniki vasitə və vəsait, qurğular və dəftərxana vəsaitlərini təmin etmək,
3.15. Birlik məqsədlərinin reallaşdırılması üçün ehtiyac duyduğu gəlirləri təmin etmək məqsədi ilə iqtisadi, ticarət və sənaye müəssisələri təsis etmək  və işlətmək,
3.16. Məqsədin reallaşdırılması üçün gərək görülməsi vəziyyətində fond qurmaq,
3.17. Lazımlı icazə alınaraq, birliklərin icazə ile qura bildiyi müəssisələri qurmaq,
3.18. Beynəlxalq fəaliyyət göstərmək, ölke xaricindəki birlik və ya təşkilatlara üzv olmaq və bu təşkilatlarla layihə əsasında birge işlər etmək və ya yardımlaşmaq,
3.19. Dərnəyin məqsədini reallaşdırmaq üzrə oxşar məqsədli korporasiyalardan, işçi və işəgötürən sendikalarından və peşə təşkilatlardan maddi yardım almaq və adı keçən təşkilatlara maddi kömək etmək,
3.20. Məqsədin reallaşdırılması üçün gərək görülməsi halında, ictimai qurum və təşkilatları ilə vəzifə sahələrinə girən mövzularda ortaq layihələr həyata keçirmək,
3.21. Dərnək üzvlərinin qida, geyim kimi zəruri ehtiyac maddələrini və digər mal və xidmətlərlə qısa müddətli kredit ehtiyaclarını qarşılamaq məqsədiylə sandıq qurmaq,
3.22. Lazımlı görülən yerlərdə (ölke dailinde ve xaricinde) nümayəndəliklər ve filiallar açmaq,
3.23. Eyni məqsədlə fəaliyyət göstərən birliklər ilə bir araya gələrək federasiya və ya konfederasiya adı altında birləşmək,
3.24. Birliyin məqsədi ilə əlaqəsi olan və qanunlarla qadağan edilmeyen sahələrdə, digər birliklerle və ya fond, peşə və bənzəri qeyri-hökumət quruluşlarıyla ortaq bir məqsədi reallaşdırmaq üçün platformalar yaratmaq,
3.25. Məqsədin reallaşdırılması üçün zəruri olan hər cür məlumat, sənəd, sənəd və nəşrləri təmin etmək, sənədləşdirmə mərkəzi yaratmaq, işlərini eşitdirmək üçün qəzet, jurnal, kitab kimi nəşrlər ilə iş və məlumatlandırma relizlər çıxarmaqdır.
3.26. Sığınacaqlar quraraq kimsəsiz heyvanların və təbii həyatdan gələn köməyə möhtac heyvanların baxımlarını təmin etmek.
3.27. Təbii həyatı dəstəkləmək və ictimaiyyəti maarifləndirmək üçün təbii həyat mühitlərinin meydana gələcəyi parklar və meşələr qurmaq. Bu məqsəd üçün fidanlıklar yaratmaq.
3.28. Daxili və Xarici vətəndaşlar tərəfindən edilən nağd, şərtli və şərtsiz emlak hədiyyələrini qəbul etmək, məqsədin reallaşdırması üçün, müəssisələr, obyektlər qurmaq və uyğun yerlərə sərf edirlər.
3.29. Eyni məqsədə xidmət edən qurumlara (ölkə daxilində və xaricində) üzv olmaq.

4. BİRLİYİN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ
4.1. Birlik aşağıdakı hüquqlara malikdir:
4.1.1. öz adından əqdlər bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək, məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış etmək;
4.1.2. müstəqil balansa, möhürə, ştampa və digər rekvizitlərə malik olmaq;
4.1.3. banklarda hesablaşma hesabı və digər hesablar açmaq;
4.1.4. Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qadağan olunmayan və nizamnamə məqsədlərinə uyğun olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;   
4.1.5. özünün nümayəndəliklərini və filiallarını yaratmaq;     
4.1.6. müxtəlif beynelxalq təşkilatlara üzv olmaq, ittifaqlar yaratmaq;
4.1.7. beynəlxalq təşkilatlarla əlaqələr saxlamaq;
4.1.8. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək;
4.2. Birlik Azərbaycan Respublikasının qanunvericilik aktları ilə nəzərdə tutulan vəzifələri yerinə yetirir.
5. BİRLİYİN ƏMLAKI VƏ MALİYYƏ MƏNBƏLƏRİ
5.1. Birliyin mülkiyyətində binalar, qurğular, mənzillər, avadanlıqlar, inventarlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və bu nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər. 
5.2. Birlik öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər.
5.3. Birliyin əmlakının pul və digər şəkildə formalaşdırılması mənbələri aşağıdakılardır:
5.3.1. təsisçilərin və ya Birlik üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları;
5.3.2. idarə, müəssisə, yerli və beynəlxalq təşkilatların və vətəndaşların könüllü verdikləri əmlak və ianələr;
5.3.3. ianələr və qrantlar;
5.3.4. öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;
5.3.5. Birlik tərəfindən edilən yayınlardan, tənzim edilən əyləncə, yemək, təmsil, konsert, yarışma, konfrans, sərgi, teatr, film, jurnal, kitab ve her cür fealiyyətlərdən əldə edilən gəlirlər,
5.3.6. təsis etdiyi müəssisələrin fəaliyyəti nəticəsində əldə olunan gəlirlər; yardım toplama barəsindəki hüquq normlarına uyğun olmaqla yardım toplama kampaniyaları ile əldə edilən gəlirlər,
5.3.7. Birliyin məqsədinin həyata keçirilməsi üçün təsis etdiyi kommersial müəssisə ve təıkilatların kommersial fəaliyyətlərindən əldə edilən gəlirlər,
5.3.8. qanunvericiliklə qadağan olunmamış digər mədaxillər.
5.4. Birliyin üzvləri onun mülkiyyətinə daxil olan ayrı-ayrı obyektlər üzərində xüsusi hüquqlara malik deyil.
 5.5. Birlik Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada öz fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına müvafiq olaraq öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir.
5.6. Birliyin hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərdə xərclənə bilməz.
5.7. Birlik siyasi partiyalara maliyyə və başqa yardım göstərə bilməz.  

         6. BİRLİYİN TƏSİSÇİLƏRİ
         6.1. Birliyin təsisçiləri aşağıdakı şəxslərdir:

5.2. Təsisçilər bərabər hüquqlara malikdirlər. Təsisçilərin qarşılıqlı münasibətləri, hüquq və vəzifələri qanunvericiliklə, yaxud onların arasında bağlanmış müqavilə ilə və ya bu nizamnamə ilə müəyyən edilir.
5.3. Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) Birliyin üzvü olmq üçün müraciet ede biler. Müracietin qiymetlendirilmesinde esas olaaq götürülen mövzu müracietçinin heyvan hüquqları sahesnde çox üst seviyyede fealiyyet göstermiş, heyvanların hüquqlarını hedden artıq müdafie etmiş olmasıdır. Birliyin təsisçiləri həm də Birliyin üzvləri hesab olunurlar.
5.4. Birliyə üzvlərin qəbulu Birliyin icra orqanları tərəfindən aparılır.
5.5. Birliyə daxil olmaq üçün idarə heyətinə yazılı şəkildə müraciət edilir. Ərizəyə bir ay müddətində baxılır. Səsvermə nəticəsində idarə heyətinin üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətlərini bildirdikdə, ərizəçi Birliyin üzvü seçilmiş hesab olunur.
5.6. Birliyin üzvlərinə Birliyin ali orqanı tərəfindən təsdiq edilmiş formada üzvlük vəsiqəsi verilir.
5.7. Birliyin üzvləri öz aralarında bərabərhüquqlu olub, aşağıdakı hüquqlara malikdirlər:
5.7.1. bu nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək;
5.7.2. Birliyin hər hansı seçkili, o cümlədən rəhbər orqanına seçmək və seçilmək;
5.7.3. Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;
5.7.4. Birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək;
5.7.5. heyvanların mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün Birliyə müraciət etmək;
5.7.6. onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, Birliyin müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək.
5.8. Birliyin üzvü eyni zamanda iki seçkili orqanın üzvü ola bilməz.
5.9. Birliyin üzvü yalnız Birliyin müvafiq orqanları səlahiyyət verdikdə həmin orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər.   
5.10. Birliyin üzvləri aşağıdakı vəzifələri daşıyırlar:
5.10.1. Birliyin nizamnaməsinə, həmçinin əxlaq və etika normalarına əməl etmək;
5.10.2. Birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək;
5.10.3. nizamnamə tələblərinə riayət etmək;
5.10.4. Birliyin tədbirlərində iştirak etmək.
5.11. Birliyə üzvlük haqqının miqdarı Birliyin idarə heyəti tərəfindən müəyyən edilir.
5.12. Birliyə üzvlüyə aşağıdakı hallarda xitam verilir:
5.12.1. könüllü olaraq Birliyin üzvlüyündən çıxdıqda;
5.12.2.  Birliyin üzvlüyündən çıxarıldıqda.
5.13. Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir:
5.13.1. Birliyin adına ləkə gətirən hərəkətlərə yol verdikdə;
5.13.2. mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda;
5.13.3. nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə.
5.14. Üzvlükdən, təsisçilikdən çıxarılma idarə heyətinin qərarı ilə həyata keçirilə bilər.
5.15. Birlik üzvünün həmin qərardan Birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququ vardır.
6. BİRLİYİN TƏŞKİLATİ STRUKTURU VƏ İDARƏETMƏ ORQANLARI

6.1. Ümumi yığıncaq
6.1.1. Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan ümumi yığıncaqdır.
6.1.2. Ümumi yığıncaq Birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.
6.1.3. Birliyin təsisçilərinə və üzvlərinə yığıncağın yeri və vaxtı haqqında ən azı iki həftə əvvəl məlumat verilməlidir.
6.1.4. Ümumi yığıncağın səlahiyyətlərinə qanunvericilikdə başqa şərtlər müəyyən edilməmişsə, aşağıdakılar aiddir:
6.1.4.1. Birliyin nizamnaməsinin qəbulu və ona dəyişikliklər edilməsi;
6.1.4.2. Birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;     
6.1.4.3. Birliyin əmlakının formalaşması və istifadə prinsiplərinin müəyyən edilməsi;
6.1.4.4. Birliyin illik hesabatlarının və mühasibat balanslarının təsdiq edilməsi;
6.1.4.5. başqa təşkilatlarda iştirak və ittifaqların yaradılması;
6.1.4.6. Birliyin təftiş komissiyasının (müfəttişin) seçilməsi;
6.1.4.7. Birliyin fəaliyyətinin əsas istiqamətlərinin müəyyən edilməsi, onların yerinə yetirilməsinə dair plan və hesabatların təsdiq edilməsi;
6.1.4.8. filial və nümayəndəliklər də daxil olmaqla Birliyin fəaliyyətinin illik nəticələrinin, Auditor rəy və hesabatlarının təsdiq edilməsi;
6.1.4.9. Birliyin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul edilməsi;
6.1.4.10. ləğvetmə komissiyasının təyin edilməsi, ləğvetmə balansının təsdiq edilməsi;
6.1.4.11. Birliyin icra orqanının rəhbərlərinin hesabatının dinlənilməsi.
6.1.5. Ümumi yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur.
6.1.6.  Ümumi yığıncaqda müzakirə olunan məsələlər haqqında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. Nizamnamənin dəyişdirilməsi (ona əlavələr olunması) və təşkilatın ləğvi barədə qərarın qəbulu üçün 2/3 səs çoxluğu tələb olunur.
6.1.7. Birliyin fəaliyyətinə cari rəhbərliyi icra orqanı həyata keçirir.     

                                                                                6.2. İcra orqanı
6.2.1. İcra orqanı Birliyin sədrindən, onun müavinlərindən və digər şəxslərdən ibarət olan idarə heyətidir.
6.2.2. İdarə heyəti kollegial icra orqanı olub aşağıdakı səlahiyyətlərə malikdir:
6.2.2.1. Birliyin üzvlüyünə qəbul edir və üzvlükdən azad edir;
6.2.2.2. təklif və layihələr irəli sürür;
6.2.2.3. Birliyin filiallarını yaradır və nümayəndəliklərini açır;
6.2.2.4. Birliyin digər idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid edilməyən bütün məsələləri həll edir.
6.2.3. İdarə heyəti üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur və qərarları sadə səs çoxluğu ilə qəbul edilir.
6.2.4. İdarə heyətinin sədri, müavinləri və digər üzvləri Birliyin ümumi yığıncağı tərəfindən iki il müddətinə seçilir.
6.2.5. Sədr:
·   Birliyi təmsil edir, onun adından müqavilələr bağlayır, etibarnamələr verir, ümumi yığıncağın və idarə heyətinin qərarlarının icrasını təşkil edir;
·   ümumi yığıncaq tərəfindən və nizamnamə ilə onun üzərinə qoyulan digər funksiyaları həyata keçirir.  
6.2.6. Sədr müavini (və ya müavinləri):
  • Birliyin sədrinin təqdimatı əsasında birliyi təmsil edir;
  • Birliyin sədri müəyyən səbəblərdən öz vəzifələrini icra edə bilmədikdə onun səlahiyyətlərini həyata keçirir;
  • Ümumi yığıncağın və Nizamnamə ilə onun üzərinə qoyulan digər funksiyaları həyata keçirir.

6.3. Nəzarət-təftiş komissiyası (müfəttiş)
6.3.1. Birliyin vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin nizamnaməyə uyğun olmasına, habelə Birliyin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirmək məqsədi ilə təftiş komissiyası (müfəttiş) seçilə (təyin edilə) bilər.
6.3.2. Birliyin təftiş komissiyasının (müfəttişin) təşkil edilməsi, tərkibi və fəaliyyət qaydası ümumi yığıncağın qərarları ilə müəyyən edilir.
6.3.3. Nəzarət-təftiş komissiyasının qərarları sadə səs çoxluğu ilə qəbul edilir.
6.3.4. Nəzarət-təftiş komissiyası Birliyin orqanlarından və üzvlərindən daxil olan müraciətlərə bir ay müddətində baxıb cavab verməlidir.


7. BİRLİYİN FİLİAL  VƏ NÜMAYƏNDƏLİKLƏRİ
7.1. Birlik Azərbaycan Respublikasının ərazisində və xaricdə filiallarını yarada, nümayəndəliklərini aça bilər.
7.2. Birliyin filialı onun olduğu yerdən kənarda təşkil edilir və fəaliyyətinin bir hissəsini həyata keçirir.
7.3. Birliyin nümayəndəliyi onun olduğu yerdən kənarda təşkil edilir, Birliyin maraqlarını təmsil edir və həmin maraqların müdafiəsini həyata keçirir.
7.4. Birliyin filial və nümayəndəliyi hüquqi şəxs deyil, Birliyin əmlakından pay alır və Birliyin Ümumi Yığıncağı tərəfindən təsdiq edilən Əsasnaməyə əsasən fəaliyyət göstərir. Filial və nümayəndəliyin fəaliyyətinə görə Birlik məsuliyyət daşıyır.
7.5. Filial və nümayəndəliklər Birliyin İdarə Heyəti tərəfindən verilən səlahiyyət daxilində fəaliyyət göstərirlər.

8. BİRLİYİN EHTİYAT VƏ DİGƏR FONDLARI
         Birlik qanunvericilikdə nəzərdə tutulmuş qaydada ehtiyat (sığorta), amortizasiya, xeyriyyə və digər fondlar yarada bilər.

9. BİRLİYİN MALİYYƏ İLİ
9.1. Birliyin maliyyə ili, əgər təşkilat oktyabr ayının 1-dək qeydiyyata alınarsa, onun 1-ci hesabat dövrü dövlət qeydiyyatına alındığı tarixdən dekabrın 31-i də daxil olmaqla, oktyabr ayının 1-dən sonra qeydiyyata alınarsa isə 1-ci hesabat dövrü onun dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla hesablanır. 
9.2. Digər illər üçün maliyyə ili yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla hesablanacaqdır. 

10. HESABAT
10.1. Birlik müstəqil surətdə öz fəaliyyətini planlaşdırır və inkişaf perspektivlərini, istehsal və sosial inkişafın istiqamətlərini müəyyən edir.
10.2. Birlik öz fəaliyyətinin nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada və formada mühasibat və əməliyyat uçotu, statistik hesabat aparır, balans tərtib edir.

11. SIĞORTALANMA
Birliyin əmlakının, istehsal, maliyyə və digər risklərinin sığortası Azərbaycan Respublikasının qanunvericiliyi ilə məcburi sığorta nəzərdə tutulan hallar istisna olmaqla, onun öz mülahizəsi ilə həyata keçirilir.

12. VERGİLƏR
Birlik kommersial fealiyyetleri ile elaqedar, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş vergiləri ödəyir.

13. ƏMƏK MÜNASİBƏTLƏRİ
13.1. Birlikdə işəgötürmə və işdən azad etmə məsələləri, əmək rejimi, əmək haqqı, kompensasiyalar da daxil olmaqla bütün əmək münasibətləri əmək qanunvericiliyi ilə tənzimlənir.
13.2. Əmək haqqı, Birliyin işçilərinin sosial təminatı məsələləri, məzuniyyətlərin verilməsi işçilərlə bağlanan əmək müqavilələri əsasında qanunvericiliyə uyğun qaydada həll edilir.

14. SOSİAL SIĞORTA VƏ TƏMİNAT
Birliyin işçi götürülmesi hallarında, sosial sığortası və təminatı Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
       
15. BİRLİYİN YENİDƏN TƏŞKİLİ VƏ YA LƏĞV OLUNMASI
15.1. Birlik Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada yenidən təşkil və ya ləğv edilə bilər. Birliyin yenidən təşkili və ya ləğvi onun təsisçilərinin və ya Birliyin nizamnaməsi ilə vəkil edilmiş orqanın (Birliyin ümumi yığıncağının) qərarı ilə həyata keçirilə bilər.
15.2. Birliyin yenidən təşkili birləşmə, qoşulma, bölünmə, ayrılma və çevrilmə formalarında həyata keçirilə bilər:
15.2.1. Birliyin başqa təşkilatın ona qoşulma formasında yenidən təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlardan birinin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan sayılır;
15.2.2. Birliyin ayrılma və bölünmə formalarında təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlardan birinin ayrılması haqqında və ya bölünən əşkilatın fəaliyyətinə xitam verilməsi haqqında və yeni qeyri-hökümət təşkilatlarının təsis edilməsi haqqında qeydlərin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan sayılır;
15.2.3 Birliyin çevrilmə formasında yenidən təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən mövcud olan Birliyin ləğvi və onun əsasında yeni təşkilatın təsis edilməsi haqqında qeydlərin dövlət reyestrinə daxil edildiyi andan sayılır.
15.3. Birliyin yenidən təşkilindən sonra hüquq varisliyi ilə bağlı olan bütün məsələlər aşağıdakı qaydada həll olunur:
15.3.1. Birlik birləşmə formasında yenidən təşkil edildikdə təşkilatlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış təşkilata keçir;
15.3.2.  Birlik qoşulma formasında yenidən təşkil edildikdə qoşulan təşkilatın hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki təşkilata keçir;
15.3.3. Birlik bölündükdə onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq yeni yaranmış təşkilatlara keçir;
15.3.4. Birliyin tərkibindən bir və ya bir neçə təşkilat ayrıldıqda yenidən təşkil edilmiş təşkilatın hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq onların hər birinə keçir;
15.3.5. Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir.
15.4. Birliyin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Birlik aşağıdakı hallarda ləğv edilə bilər:
15.4.1. Birliyin təsisçilərinin və ya nizamnamə ilə vəkil edilmiş orqanının (Birliyin ümumi yığıncağının) qərarı ilə;
15.4.2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda məhkəmənin qərarı ilə;
15.4.3. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda.
15.5. Birliyin ləğv edilməsi ilə bağlı bütün əmlak məsələləri Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həll olunur.
15.6. Birliyin ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir.   
 16- BİRLİYİN GƏLİR VƏ XƏRC ƏMƏLİYYATLARI
16.1. Gəlir və xərc sənədləri;
Birlik gəlirləri, "Alındı Sənədi" ilə hesablanır. Birlik gəlirlərinin banklar vasitəsi ilə alınması halında bank tərəfindən tənzim edilən dekont və ya hesab xülasəsi kimi sənədlər alındı sənədi yerinə keçər.
16.2. Birlik xərcləri isə faktura, pərakəndə satış çeki, sərbəst peşə qəbzi kimi xərcləmə sənədləri ilə həyata keçirilir.  Birliyin, vergi mecellesi normları daxilində olan ödənişləri üçün Vergi Mecellesi  müddəalarına görə xerc qebzi, bu çərçivədə da olmayan ödənişləri üçün "Xerc Yazısı" təşkil edilir.
16.3.  Dərnək tərəfindən şexs, müessise və ya təşkilatlara ediləcək əvəzsiz mal və xidmət təslimi "Emlak Kömək Təslim Sənədi" ilə həyata keçirilir. Kişi, müəssisə və ya təşkilatlar tərəfindən birliyə ediləcək əvəzsiz mal və xidmət təslimi isə "Əmlak Hədiyyə Alındı Sənədi" ilə qəbul edilir.
16.4. İanə edilən pul vəsaitləri ictimai birliyin bank hesabına köçürmə yolu ilə qəbul ediler.
16.5. Başlıca meqsed xeyriyyeçilik olan ictimai birliyimiz iki yüz manatadək ianəni nağd şəkildə qəbul eder ve evezinde alındı qebzi verer.
16.6. İctimai birliyin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məlumatlar müvafiq icra hakimiyyəti orqanına təqdim olunan maliyyə hesabatına daxil edilir.

17. ALINDI SƏNƏDLƏRİ:
Birlik gəlirlərinin alınmasında istifadə ediləcək "Alındı Sənədləri" idarə heyəti qərarı ilə, mətbəəde çap etdiriler.
18. Səlahiyyət sənədi:
Birlik adına gəlir toplayacaq şexsler, səlahiyyət müddəti də gösterilmek surətiylə, idarə heyəti qərarı ilə müəyyən edilir. Gəlir toplayacaq kəslərin açıq şəxsiyyəti, imzası və fotoşəkillərini ehtiva edən "Səlahiyyət Sənədi" birlik tərəfindən üç nüsxədə tənzim edilərək, birlik idarə heyəti rehberi terefinden təsdiq edilir.
Səlahiyyət sənədin istifadəsi, yenilənməsi, qaytarılması və sair məsələlərde QHT-ler haqqında mecellenin müvafiq hökmlərinə görə hərəkət edilir.
19. Gəlir və xərclərin SƏNƏDLƏRİNİN SAXLANMA MÜDDƏTİ:
Dəftərlər xaric olmaq üzrə, birlik tərəfindən istifadə edilen alındı sənədləri, xərcləmə sənədləri və digər sənədlər xüsusi qanunlarda göstərilən müddətlər nəzərə alınmaqla, qeyd edildikleri defterlerdeki sayı və tarix nizamına uyğun olaraq 5 il müddətlə saxlanılır.

20. NİZAMNAMƏNİN QƏBULU, ONA ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRİN EDİLMƏSİ QAYDASI VƏ DİGƏR ŞƏRTLƏR
20.1. Birliyin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi Birliyin təsis sənədidir. Birlik yaradılarkən nizamnamə təsis yığıncağında müzakirə edilir və səsvermə yolu ilə qəbul edilir.
20.2. Birliyin nizamnaməsinə əlavə və dəyişikliklər onun ali idarəetmə orqanının (Birliyin ümumi yığıncağının) qərarı ilə edilə bilər.
20.3. Birliyin nizamnaməsindəki əlavə və dəyişikliklər onların dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Birliyin nizamnaməsindəki əlavə və dəyişikliklərin dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
20.4. Birliyin fəaliyyəti ilə əlaqədar olan, lakin bu nizamnamə ilə tənzimlənməyən məsələlər Birliyin üzvlərinin ümumi yığıncağının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qəbul etdiyi qərarla tənzimlənir. 

20.5. Gələcəkdə bu nizamnamənin hər hansı müddəası qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəası tətbiq edilir. 


                                            
Related Posts Plugin for WordPress, Blogger...