azərbaycanda hüquqa zidd heyvan satışını şikayət yolu

azərbaycanda mən də rast gəlirdim və şikayət edirdim bu insanlıq deffektlərini. bu deffektlər xüsusilə metro stansiyası çıxışlarında - elmlər, sahil, əhmədli vs. hamısı - və avtomobil yollarında dayanaraq yazıq gözəlim dovşanların qulaqlarından tutub maşınlara və insanlara tərəf vəhşi kimi salladaraq satmağa cəhd edirlər. hələ bir hadisə var ki, heç yadımdan çıxmayacaq, çox böyük vicdan əzabı çəkirəm və dərin qüssə hiss edirəm o hadisəylə əlaqədar. daha sonra bu barədə yazacağam inşallah.

`Сальянский район. Трасса в Баку. Около села Хыдырлы. Продают карликовых кроликов. Как всегда - все проезжают мимо, некоторые возмущаются, но ничего не делают.
Съемка 12 марта. Это вещественное доказательство. После этого - звонок в 102. После этого начались переговоры с полицией, объяснил им, где нарушения, в чем, объяснил, что если не пресекают такую продажу, то сами нарушают и т.д. Очень адекватно среагировали. Через два дня местный участковый заявил, что такой продажи больше не будет. Сегодня участковый мне снова звонил, оставил два номера номера и обещал пресекать в дальнейшем. Просил сразу же ему звонить.
Если кто снова обнаружит нелегальную продажу животных, трупов редких животных (результат незаконной охоты), звоните в 102 и требуйте наказания.
Граждане, будьте активнее.` 

bu da yenə eyni profildən yazışmadır. mən çox şadam ki, azərbaycan kimi heyvan sevgisizi bir ölkədə it və pişikdən başqa heyvanlara da əhəmiyyət verən elxan mirzəyev kimi həqiqi insanlar var, ümumiyyətlə, heyvanlara əhəmiyyət verən insanlar var. mütləq, bu şikayət yolunu təqib edin siz də. daha çox sayıda azərbaycanlıya çatmaq üçün saytda azərbaycan dilində də məqalələrə yer verəcəyəm inşallah. 

https://www.facebook.com/elkhan.mirzoev

yuxarıdakı video ve yazı azərbaycanlı heyvan hüquqları müdafiəçisi elxan mirzəyevin facebook hesabından alınmışdır. hesabının təqib edilməsini məsləhət görürəm azərbaycanlı heyvansevərlərə, hansı ki, bir ovuc insandan ibarətdirlər. bu cür hüquqa zidd bir vəziyyətdə dovşan və digər heyvanların satışına rast gələn heyvansevərlər 102 nömrəli telefona zəng edərək sözü edilən heyvanların xilas edilməsini təmin edə bilərlər. rast gələndə mütləq 102-yə zəng edərək məlumatları verin, səlahiyyətli şəxslər gəlib ştraf yazana və heyvanları götürüb aparana qədər orada gözləyin, getməyin. mütləq, nəticələndirin müraciətinizi. 

https://www.facebook.com/azadlig.azadliginvaxti - bu profil də yenə etimadlı bir heyvan hüquqları müdafiəçisinə aiddir. bu hesabı da təqib edin. 

şərh: yeri gəlmişkən qeyd edim, mənim heç bir sosial şəbəkədə profilim yoxdur. nə şəxsən özümə aid, nə də heyvan hüquqlarıyla əlaqədar olan bu sayta aid. mən sosial şəbəkələrdə profil açıb aktiv olmağı xoşlamıram, həm vaxt itkisi olaraq qəbul edirəm, həm də ümumiyyətlə qətiyyən xoşuma gəlmir tamamilə mənə aid olan öz xüsusi həyatımı dünyaya açmaq. nəyə lazımdır bu: çox mənasız və yersiz bir hərəkətdir məncə. xüsusi olan, mənə aid olan, xüsusi və mənə aid qalmalıdır. təkcə işimlə əlaqədar linkedin və instagram hesabı var, bir hüquqşünas olaraq təkcə bu iki hesabı açdım, o qədər. çox da aktiv ola bilmirəm vaxtım az olduğu üçün. çünki həm bir hüquqşünas olaraq həddən artıq çox məşğulam, həm də sosial məsuliyyətim olan heyvan hüquqları ilə əlaqədar həm hüquqi, həm faktiki fəaliyyətlər göstərirəm. bunun üçün də heç vaxtım olmur.