Azerbaycan / Sumgayıt Şehrinde Sokak Ortasında Öldürülen Canlar


https://www.turseng.com/2014/07/azerbaycanda-hayvan-haklarna-dair-eylem.html - bu vahşet içerikli olay hakkında daha önce de bilgi ve fotoğraflara yer vermiştim. bu korkunç olayla ilgili videolar da tarafıma ulaştırıldı. uyarı: 18+ 

Azerbaycan ve Hayvan Hakları ile ilgili tüm yazı ve görsellere bu linkten ulaşmak mümkün. Olaya dair detaylı bilgi aşağıda Azerice olarak verilmektedir. Azerbaycanlı hayvanseverler bu tür hayvan hakları ihlallerine karşı hukuki bilgi edinmek ve olayları tarafıma ulaştırmak amacıyla bu email aracılığıyla iletişime geçebilirler: turseng@gmail.com

"Sumqayıt şəhərinin bir qrup sakini icra hakimiyyətini məhkəməyə verir.

Bu barədə Sumqayıt sakini Anar Süleymanov məlumat verib. Onun sözlərinə görə, icra hakimiyyətinin məhkəməyə verilməsinə səbəb sahibsiz itlərin günorta vaxtı şəhərin mərkəzi küçələrində işgəncə ilə öldürülməsidir: “Sahibsiz itlərin güllələnməsi ilə əlaqədar dəfələrlə şəhər icra hakimiyyətinə və əlaqədar təşkilatlara müraciət etmişik. İcra hakimiyyətində inzibati komisiyanın sədri və Zakir Fərəcovun müavini Sahib Quliyevə şəxsən müraciət olunub. Amma bu müraciətlərin heç bir nəticəsi olmayıb. Əksinə sahibsiz itlərin güllələnməsi faktları bir az da çoxalıb. İtləri düz şəhərin mərkəzində, şəhər icra hakimiyyətinin binasının qarşısında vururlar. Ən dəhşətlisi isə itləri heç bir təhlükəsizliyə əməl etmədən vururlar”. 

bu yaratığın adı Mehman Abuşov`muş. Kendisine yöneik en iyi dileğim bu acı içinde, canavarca hiss saikiyle öldürülen canla aynı akibeti paylaşmasıdır. 
A.Süleymanov qeyd edib ki, edilən şikayətlərdən sonra itləri güllələyən Abuşov Mehmanla bağlı iki protokol yazılıb: “Birinci dəfə xəbərdarlıq edilib. Halbuki onu 500-600 manat cərimə etməli idilər. İkinci dəfə də protokol tərtib olunub, lakin sözügedən şəxsə heç bir cəza verilməyib. Bu, vətəndaşların hüquqlarının kobud şəkildə pozulmasıdır”. 

A.Süleymanov vurğulayıb ki, sahibsiz itlərin güllələnməsini görənlərin arasında uşaqlar da var və bu mənzərə onların psixologiyasına mənfi təsir edir: “Uşaqlardan əlavə, insanlara da pis təsir edir. Bir dostum var, balaca qızı ilə şəhərdə gəzirmiş. Həmin anda itləri güllələyib və onları qan içində maşına atıblar. Bəzilərinin isə meyitlərini küçənin ortasında qoyub gedirlər. Uşaq bu mənzərəni görəndən sonra xəstələnib. Bu, böyük problemdir. Uşaqların psixoloji probleminin pozulması pis nəticələrə gətirə bilər”.  /alıntı -aznews"


şərh: bu cür küçə heyvanlarının öldürülməsi/yaralanması vs. kimi pis rəftar edilməsi hdisələrinə rst gəldiyinizdə, şikayət yoluna getməyi yaddan çıxartmayın. mütləq şikayət edin. 500 manat ştraf cəzası tətbiq edilir belə hallarda heyvana əziyyət edən məxluqa. məxluqun şəxsi məlumatları sizə məlum deyilsə, onda mobese görüntülərinin tədqiq edilərək əlaqədar məxluqun tapılması üçün tələbinizi də bildirin ikayətinizdə. şəxsi məlumatları sizə məlumdursa şikayət ərizənizə bu məlumatları əlavə edin mütləq.