DİĞER DİLLERDE - AZE / RU / AR

bilindiği üzere hayvan haklarına yönelik bilinçlendirici yazılar ve hayvan hakları ihlalleriyle ilgili şikayet dilekçeleri yazıp yayınladığım, aynı zamanda hayvanlara ilişkin hukuki ihlallerle ilgili somut olaylara dair ücretsiz hukuki danışmanlık yapmakta olduğum, bu hayvan hakları blogunun dili türkçe. 
hayvan haklarının tüm dünyada iyileştirilmesi/geliştirilmesi/sağlanması amacıyla daha geniş kesime ulaşmak için ilk aşamada aşağıdaki 5 yazım AZERİCE / RUSÇA / ARAPÇA'ya çevrilecek ve burada yayınlanacaktır. özellikle Azerbaycan gibi her açıdan gelişmiş modern bir ülke olmasına rağmen, "bir ülkenin medeniyet seviyesi onun hayvanlara yaklaşımı ile ölçülür" şeklindeki bilinen önermeyi çürütecek kadar, medeniyet seviyesi hayvan sevgisi ve hayvan haklarına yaklaşımı ile ters orantı oluşturan bir ülke halkının, özetle dünyada Azerice konuşan toplam 50 milyon insanın bu sitedeki yazılara ulaşıp bilinçlenmesini amaçlamaktayım. bu yüzden ilk aşamada bu siteyi türkçenin yanısıra bütünlükte azerice de yayınlamam amacauygun olacağından, azericeye çevrilmesini ön planda tutmakta ve son derece önemsemekteyim. 
altta azericeye çevrilmiş ilk yazım yer almaktadır. diğer 5 yazım ve devamında hemen hemen tüm yazılarım azericeye kazandırılacak, site azericeye çevrilecek, azericeye yerelleştirilecektir. devamında on milyonlarca insan tarafından konuşulan rusça ve yine aynı şekilde arapçaya da çevrilecektir.

1. ANGORKA DOVŞANI İŞGƏNCƏSİ - ANGORKA MƏHSULLAR ALMAYIN! 

YAZIMIN TÜRKÇESİ (ASLI): ANGORA TAVŞANI VAHŞETİ - ANGORA ÜRÜNLERİNİ SATIN ALMAYIN
Əhəmiyyətlidir: Vizual + 18 olub, ürək, əsəb və ruh xəstələri ilə az yaşlı şəxslərin diqqətli olması məsləhət görülür.
 Qaz tükü vəhşiliyinin bir bənzəri də bu gün bloqa göndərilməsi ilə diqqətimi cəlb edən videoda göstərilən, anqorka dovşanı vəhşiliyidir.
Youtube videosu da buraya əlavə olunur. Heyvan hüquqları müdafiəçiləri olaraq bu vəhşilik məzmunlu videonu izləməkdə çətinlik çəksək də, axıra qədər izləməliyik, bu vəhşilik haqqında şüurlanmalıyıq ki, cəmiyyəti də məlumatlandıraq. Həmişə qeyd etdiyim kimi, bu yazıq canların bizdən başqa heç kimləri yoxdur, bu canların çəkdikləri əzab və işgəncələrə ancaq biz heyvan hüquqları müdafiəçiləri əhəmiyyət veririk və dayandırmaq üçün səy göstəririk. Bu səbəblə tamamilə işgəncəni dərk etmək, dəhşətin böyüklüyünü başa düşmək üçün mütləq əvvəldən axıra qədər videonu izləyin. İzlətdirin. Hamını xəbərdar edin.


 Videonun hamısını izləməyə əsəbim tab gətirmədi, dayandıra dayandıra bir neçə hissəsinə baxmağım, yazıq, gözəlim, məsum, səssiz və ancaq bədəni çox incidəndə və həyatını itirmə əsnasında fəryad edən dovşancanların səslərini eşitməyim, vəhşiliyin böyüklüyünü başa düşməyimə kifayət etdi. Göründüyü kimi təkcə qazlar deyil, yunundan tekstil sektorunda ətraflıca istifadə edilən anqorka dovşanları da canlı canlı yolunur, kofta, jaket, jilet, beret kimi hər cür "geyim" üçün yazıq dovşancanlara əziyyət və işgəncə edilir.
 Not: Videonun hamısını bir az əsəblərim sakitləşəndə, özümə gəlincə izləyəcəyəm, mütləq. Hər kəs də belə etməlidir. Mütləq əvvəldən axıra qədər izləməlidir. Heç vaxt bir az baxıb buraxmayın, sizlərin izləyərkən belə pis olduğu, bu ağrını, bu işgəncəni bu canların yaşadığını yadınızdan çıxartmayın.
Dovşanlar haqqında çox az məlumatı olanlar belə son dərəcə səssiz canlar olduqlarını, əsla və qətiyyən səslərinin çıxmadığını bilir. Canlı canlı yolunmalarına dair videodan göründüyü kimi bu səssiz canlıların canı o qədər ağrıyır ki, Allah (c.c) -ın səssiz yaratmış olduğu bu canlılar iztirabdan, işgəncədən fəryad edir, ağlayırlar.



Anqorka yunu anqorka dovşanının canlı yolunması nəticəsində əldə edilir. Canlara əzaba, işgəncəyə dur de! Anqorka yunu məhsulları vəhşilik məhsuludur. Almayın, geyinməyin, hər kəsə izah edin.


Bütün bu məhsullar anqorka dovşanların yunlarının canlı canlı yolunması ilə istehsal edilib. Bu canlı yolma əsnasında dovşanlar yaralanıb, bir qismi əzab və işgəncə altında ölüb. Anqorka yunu vəhşilikdir - vəhşiliyə xeyr!
 Heç vaxt anqorka yunundan istehsal edilmiş məhsullar satın almayın, geyinməyin. Vəhşiliyə xidmət etməyin. Almasanız istehsal edilməz. Tələb istehsalatı ortaya çıxardır, tələb edilməzsə istehsal dayanar! Anqorka dovşanlarına əziyyət və işgəncəyə dur de!


 Anqorka dovşanı yunu eynilə qaz tükü kimi xüsusilə çin, macarıstan kimi ölkələrdən idxal edilməkdə olub, münasib qiymət, ucuz/köle əməyinin sayəsində bu ölkələr tərəfindən dünyanın hər yerinə ixrac edildiyindən, bütün ölkələrdə bu vəhşilik məhsulu satılır, istifadə edilir və bu yundan istifadə edilərək məhsullar istehsal edilir.
 Bu səbəblə heyvan hüquqları müdafiəçiləri olaraq eynilə qaz tükü, süd danası (veal) və bütün vəhşiliklər kimi anqorka yunu vəhşiliyini də cəmiyyətlərə çatdırmaqla öhdəçilikliyik. Sənaye heyvan vəhşiliklərinin hamısı ilə mübarizə aparmaq bütün heyvan hüquqları müdafiəçilərinin məsuliyyətindədir.



azərbaycanda mən də rast gəlirdim və şikayət edirdim bu gəbərik varlıqları. bu varlıqlar xüsusilə metro stansiyası çıxışlarında - elmlər, sahil, əhmədli vs. hamısı - və avtomobil yollarında dayanaraq yazıq gözəlim dovşanların qulaqlarından tutub maşınlara və insanlara tərəf vəhşi kimi salladaraq satmağa cəhd edirlər. hələ bir hadisə var ki, heç yadımdan çıxmayacaq, çox böyük vicdan əzabı çəkirəm və dərin qüssə hiss edirəm o hadisəylə əlaqədar. daha sona bu barədə yazacağam inşallah.

`Сальянский район. Трасса в Баку. Около села Хыдырлы. Продают карликовых кроликов. Как всегда - все проезжают мимо, некоторые возмущаются, но ничего не делают.
Съемка 12 марта. Это вещественное доказательство. После этого - звонок в 102. После этого начались переговоры с полицией, объяснил им, где нарушения, в чем, объяснил, что если не пресекают такую продажу, то сами нарушают и т.д. Очень адекватно среагировали. Через два дня местный участковый заявил, что такой продажи больше не будет. Сегодня участковый мне снова звонил, оставил два номера номера и обещал пресекать в дальнейшем. Просил сразу же ему звонить.
Если кто снова обнаружит нелегальную продажу животных, трупов редких животных (результат незаконной охоты), звоните в 102 и требуйте наказания.
Граждане, будьте активнее.` 


bu da yenə eyni profildən yazışmadır. mən çox şadam ki, azərbaycan kimi heyvan sevgisizi bir ölkədə it və pişikdən başqa heyvanlara da əhəmiyyət verən elxan mirzəyev kimi həqiqi insanlar var, ümumiyyətlə, heyvanlara əhəmiyyət verən insanlar var. mütləq, bu şikayət yolunu təqib edin siz də. daha çox sayıda azərbaycanlıya çatmaq üçün saytda azərbaycan dilində də məqalələrə yer verəcəyəm inşallah. 

https://www.facebook.com/elkhan.mirzoev

yuxarıdakı video ve yazı azərbaycanlı heyvan hüquqları müdafiəçisi elxan mirzəyevin facebook hesbından alınmışdır. hesabının təqib edilməsini məsləhət görürəm azərbaycanlı heyvansevərlərə, hansı ki, bir ovuc insandan ibarətdirlər. bu cür hüquqa zidd bir vəziyyətdə dovşan və digər heyvanların satışına rast gələn heyvansevərlər 102 nömrəli telefona zəng edərək sözü edilən heyvanların xilas edilməsini təmin edə bilərlər. rast gələndə mütləq 102-yə zəng edərək məlumatları verin, səlahiyyətli şəxslər gəlib ştraf yazana və heyvanları götürüb aparana qədər orda gözləyin, getməyin. mütləq nəticələndirin müraciətinizi. 

https://www.facebook.com/azadlig.azadliginvaxti - bu profil də yenə etimadlı bir heyvan hüquqları müdafiəçisinə aiddir. bu hesabı da təqib edin. 


şərh: yeri gəlmişkən qeyd edim, mənim heç bir sosial şəbəkədə profilim yoxdur. nə şəxsən öümə id, nə də heyvan hüquqlarıyla əlaqədar olan bu sayta aid.mən sosial şəbəkələrdə profil açıb aktiv olmağı xoşlamıram, həm vaxt itkisi olaraq qəbul edirəm, həm də ümumiyyətlə qətiyyən xoşuma gəlmir tamamilə mənə aid olan öz xüsusi həyatımı dünyaya aşmaq. nəyə lazımdır bu: çox mənasız və yersiz bir hərəkətdir məncə. xüsusi olan, mənə aid olan xüsusi və mənə aid qalmalıdır. təkcə işimlə əlaqədar linkedin və instagram hesabı var, bir hüquqşünas olaraq təkcə bu iki hesabı açdım, o qədər. çox da aktiv ola bilmirəm vaxtım az olduğu üçün. çünki həm bir hüquqşünas olaraq həddən artıq çox məşğulam, həm də sosial məsuliyyətim olan heyvan hüquqları ilə əlaqədar həm hüquqi həm faktiki fəaliyyətlər göstərirəm. bunun üçün də heç vaxtım olmur.

Azerbaycan / Sumgayıt Şehrinde Sokak Ortasında Öldürülen Canlar


 Çevirisi Yapılacak Diğer Yayınlarım